“Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi” - Prezidentin köməkçisi

23:37 13.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.

 

Hafta.az xəbər verir ki, Hikmət Hacıyev bu sözləri yazıb:

“Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.